Çərşənbə, 15 May

Müharibənin 49-cu GÜNÜ: Ukraynada Rusiya "Su-25"i VURULDU

image

“Düşmən Ukrayna ərazisinə qondarma “könüllüləri” köçürməkdə davam edir”.

Xəbər verilir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib.

Baş Qərargahın yaydığı məlumatda bildirilir:

“Mövcud məlumatlara görə, Leninqrad vilayətində 400 nəfərə yaxın batalyon yaradılıb. O, müstəsna olaraq döyüş təcrübəsi olan hərbi qulluqçulardan ibarətdir. Onlar Ukraynaya 58-ci 42-ci motoatıcı diviziyasının bölmələrindən birini gücləndirmək üçün göndəriliblər. Düşmən Xarkov və Zaporojye vilayətlərində mülki infrastruktura raket və bomba zərbələri endirməkdən əl çəkmir. İşğalçılar aktiv hava kəşfiyyatı aparırlar.

Rusiya Federasiyası aprelin 26-dək Ukrayna ilə həmsərhəd rayonlarda və müvəqqəti işğal olunmuş Krım ərazisində qondarma “terror təhlükəsinin sarı səviyyəsi”ni tətbiq edib. Bu fəaliyyətlər, ehtimal ki, Ukrayna ərazisinə hərbi texnika, silah və şəxsi heyətin daşınmasını təşkil etmək məqsədi ilə həyata keçirilir.

Ruslar Slobojansk istiqamətində Xarkov şəhərini qismən mühasirəyə alıb.Artilleriya atəşi endirməyə davam edirlər. Müvəqqəti olaraq işğal olunmuş bəzi ərazilərdə düşmən “xalq milisləri” adlandırılan birləşmələrin formalaşdırılmasına əl atır. Donetsk və Tavrida istiqamətlərində düşmən Mariupola aviazərbələr endirir.

Yujnobuqski istiqamətində işğalçılar ayrı-ayrı yaşayış məntəqələrini tutmağa çalışsalar da, buna nail ola bilmirlər.

Donetsk və Luqansk vilayətləri ərazisində Ukrayna müdafiəçiləri son sutka ərzində düşmənin 6 hücumunu dəf edib. Rusiyaya məxsus 2 avtomobil və 3 artilleriya sistemini sıradan çıxarılıb.Ukrayna Hərbi Hava Qüvvələri ötən gün düşmənin Su-25 təyyarəsini vurub.İşğalçılar hava şəraitinə görə aviasiyadan istifadəni xeyli azaldıb”.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 49-cu günüdür.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00